Barselona 3 futbolçusunu satışa çıxardı
İspaniyanın “Barselona” klubu bu yay bəzi oyunçuları satmağı planlaşdır.
Aktor.Az-ın “ESPN” ə istinadən yaydığı xəbərə görə, Kataloniya klubu Antuan Qrizmann və Frenk De Yonq üçün xərclədiyi pulların bir hissəsini geri qaytarmaq üçün oyunçu satışından 150 milyon avro gəlir əldə etməyi planlaşdırır.
“Barselona” nın bunun üçün Filipp Koutinyo, Malkom və Rafiniyanı satışa çıxardığı bildirilib.
Bundan başqa, Kataloniya klubu İvan Rakitiç, Samuel Umtiti, Arturo Vidala görə təklif gələcəyi təqdirdə, onları sata bilər.
Qurban Qəhrəmanov – Aktor.Az