Gürcü larisi yenidən kəskin ucuzlaşdı
Gürcüstan Milli Bankı milli valyutanın yeni kursunu müəyyən edib.24News.ge məlumat verir ki, bankın müəyyən etdiyi məzənnəyə əsasən, iyulun 24-də 1 ABŞ dolları 2,8971 GEL-ə bərabər olub.
Lakin kommersiya banklarında lari daha da ucuzdur. Lari təkcə dollar qarşısında deyil, avro və digər ölkələrin milli valyutaları qarşısında da ucuzlaşıb. Ucuzlaşma ölkədə bəzi istehlak mallarının qiymətlərinin artmasına səbəb olub.
Qeyd edək ki, ölkədə avtomobil yanacağının da qiyməti 5-7 tetri bahalaşıb.