Ana SəhifəManşet Baş Nazirin müavini ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

 Baş Nazirin müavini ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

“Azərbaycanla ABŞ arasında çox yaxşı münasibətlər var və biz bunun inkişafında maraqlıyıq”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətindən Aktor.Az-a verilən məlumata görə, bu sözləri Baş Nazirin müavini Əli Əhmədov ABŞ-ın Azərbaycandakı səfiri  Li Litzenberqer ilə keçirdiyi görüşdə səsləndirib.

Diqqətə çatdırıb ki, bir çox məsələlərdə hər iki ölkənin maraqları üst-üstə düşür. Bu da əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Baş Nazirin müavini xüsusilə iqtisadi əməkdaşlıqdan danışaraq bildirib ki, Azərbaycanda bir sıra layihələrin həyata keçirilməsində ABŞ şirkətləri yaxından iştirak edir.

“ABŞ Azərbaycanın müstəqilliyini və suverenliyini güclü şəkildə dəstəkləyir”. Bu fikri isə səfir Li Litzenberqer səsləndirib. Nazirlər Kabinetində keçirilən görüşdə səfir bildirib ki, Azərbaycan regionda və daha geniş aləmdə oynadığı rol, eyni zamanda təhlükəsizlik sahəsində Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyata töhfəsi yüksək qiymətləndirilir. Bu istiqamətdə beynəlxalq səylər  və etibarlı tərəfdaşlıq  ABŞ höküməti tərəfindən müsbət dəyərləndirilir.

Görüşdə Azərbaycan ilə ABŞ arasında strateji əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunmuşdur.

RELATED ARTICLES

CAVABLA

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments