DiasporDünyaGündəmManşetMediaXəbər xətti

“24News.ge” dörd dildə fəaliyyətə başladı – Açıqlama

Gürcüstanda “Lider Media” təşkilatının nəzdində fəaliyyət göstərən 24News.ge xəbər portalı artıq yeni formata keçir.

Aktor.Az xəbər verir ki, bu barədə “LİDER MEDİA”- nın rəhbəri Azər Məmmədov məlumat verib.

Onun sözlərinə görə, 24News.ge xəbər portalı artıq dörd dildə fəaliyyətə başlayaraq geniş auditoriya qazanmağı qarşısına məqsəd qoyub.

“Bildiyiniz kimi bizim xəbər portalı və internet televiziyası artıq on aya yaxındır ki, fəaliyyət göstərir. Bu müddət ərzində biz oxucularımıza ana dilində ölkədə, regionda və dünyada baş verən ən mühüm xəbərləri çatdırırıq. Hazırda saytımızda çox önəmli və məsuliyyətli bir dönəm başlayır, bu isə portalımızın dörd dildə fəaliyyətə başlamasıdır. Azərbaycan dili ilə yanaşı Gürcü, Rus, İngilis dillərində biz geniş auditoriya qazanmağı qarşımıza məqsəd qoymuşuq.

Düşünürük ki, hal hazırda yalnız Azərbaycan dilində gün ərzində oxucularımızın sayı 4000-5000 olursa, digər dillər əlavə olunduğu halda oxucu kütləmizin sayı artaraq saytımız daha geniş auditoriyaya xəbərlər çatdırmaq əzmində olacaq”.

Təşkilat rəhbəri Azər Məmmədov xəbər portalında daha bir yeniliyin olacağınıda bildirdi. Onun sözlərinə görə,hər gün axşam saatlarında gün ərzində ölkədə, regionda və dünyada baş verən ən mühüm xəbərlər studiadan bir başa canlı yayımla tamaşaçılara çatdırlacaq.