GündəmManşetMediaSiyasətXəbər xətti

BAXCP sədri jurnalistləri təbrik edib

Azərbaycan mediası milli mətbuatımızın klassik ənənələrinə söykənərək inkişaf edir, ölkənin informasiya təhlükəsizliyinin və milli maraqlarımızın qorunmasında fədakarlıq nümayiş etdirir.

Aktor.Az xəbər verir ki, bu sözləri BAXCP-nin mətbuat xidmətinə açıqlamasında partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

Milli mətbuat və Jurnalistika günü münasibətilə Kütləvi İnformasiya Vasitələrinin bütün əməkdaşlarını təbrik edən BAXCP sədri onların hər birinə möhkəm cansağlıqı, yaradıcılıq uğurları arzulayıb:

“Azərbaycan mətbuatı “Əkinçi” qəzetindən başlayaraq şərəfli bir yol keçmiş, xalqımızın marifləndirilməsində, ana dilimizin və milli-mənəvi dəyərlərimizin qorunmasında, mədəniyyətimizin, incəsənətimizin təbliğində və inkişafında önəmli rol oynamışdır.

Sovet rejiminin amansız represiyalarının ən ağır illərində belə Azərbaycan mətbuatının ləyaqətli nümayəndələri, söz adamları qətiyyətlə mübarizə aparmış, qan yaddaşımızın unudulmasına, xalqımızın milli müqavimət hissinin sarsıdılmasına, assimilyasiyaya uğramasına imkan verməmişlər.

Ötən əsrin sonlarında vüsət alan Milli Azadlıq Hərəkatında, dövlət müstəqilliyimizin qazanılmasında Azərbaycan mətbuatının və bu şərəfli peşənin ayrı-ayrı nümayəndələrinin xidmətləri əvəzsizdir.

Bu gün ölkəmizdə həyata keçirilən islahatların daha da dərinləşdirilməsi, dövlətçiliyimizin, dilimizin, tariximizin, mədəniyyətimizin, mənəvi dəyərlərimizin qorunması, milli vətənpərvərlik ruhunun yüksəldilməsi və ən başlıcası, torpaqlarımızı işğal altında saxlayan Ermənistana və bu işğalçı dövlərin himayədarlarına qarşı informasiya müharibəsinin uğurla davam etdirilməsində milli mətbuatımızın da üzərinə ağır və tarixi bir vəzifə düşür.
Ümid edirəm ki, Siz bu vəzifənin öhdəsindən şərəflə gələcəksiniz.

Bu yolda hər birinizə möhkəm cansağlığı, dövlətimizin, millətimizin və mətbuatımızın inkişafı yolunda uğurlar arzulayıram”.

Bir cavab yazın