Azərbaycanlıların İraqda saxlanılması faktları araşdırılır-XİN
Azərbaycanlıların İraqda saxlanılması faktları araşdırılır.
Bu haqda Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Qeyd edək ki, bu gün İraq Parlamentinin deputatı Vian Dahil öz Twitterdə səhifəsində İraqda 512 rus və 200 azərbaycanlı qadının tutularaq həbsxanaya göndərildiyi haqda yazıb: “Onlar tutularaq İŞİD üzvləri kimi həbsxanaya göndəriliblər”.
XİN mətbuat xidmətinin rəhbəri deyib ki, bu cür bəyanatlar yeni deyil: “Faktlar araşdırılır və öyrənilir. Azərbaycan tərəfi İraqdakı səfirliyi vasitəsilə daimi olaraq İraqın müvafiq orqanları ilə bu məsələ üzrə təmasdadır”.