“İnsan alverinin qurbanı olma!” devizi altında YEKUN tədbir – FOTO
Beynəlxalq Mətbuat Mərkəzində Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyi təşkilatçılığı ilə“İnsan alverinin qurbanı olma!” devizi altında maarifləndirici tədbirlərin təşkili layihəsinin Yekun hesabat tədbiri həyata keçirilib.
Qey edək ki, Layihə region gənclərinin insan alveri ilə bağlı maarifləndirilməsindən bəhs edir. Bildiyiniz kimi internet imkanlarının genişlənməsi insan alveri ilə məşğul olanların imkanlarını genişləndirib. İş elanları, eləcədə digər şirnikləşdirici təkliflərlə çıxış edən “işbazlar” bu yolla gəncləri asanlıqla tora sala, onları insan alveri qurbanına çevirə bilirlər. Bu baxımdan təşkilat olaraq Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyi Quba, Qusar, Gəncə regioanlarında gənclərlə fərdi söhbətlər aparıb, maarifləndirici tədbirlər həyata keçirib. Layihənin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə KİV-lərdə insan alveri ilə bağlı geniş maarifləndirici məlumatlar yayımlanıb, bugün 1 milyondan artıq istifadəçisi olan FACEBOOK sosial şəbəkəsində bu yöndə təşkilatın yaratdığı qrup vasitəsilə mütəmadi olaraq gənclərə informasiyalar verilib.
Tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri, QHT təmsilçiləri, media işçiləri, gənclər iştirak edib.
Tədbiri giriş sözü ilə təşkilatın sədri Mehriban Abdullayeva açaraq həyata keçirilən layihə haqqında tədbir iştirakçılarını məlumatlandırıb və insan alveri ilə mübarizə haqqında məlumat verib. Gəncləri bu sosial bəladan qorumaq üçün maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışan təşkilatın sədri qeyd edib ki, bu problemlə üzləşməməli üçün gənclərlə psixoloji söhbətlər aparılıb, layihənin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə KİV-lərdə insan alveri ilə bağlı geniş maarifləndirici məlumatlar yayımlanıb. Mehriban xanım bildirib ki, layihənin həyata keçirilməsində məqsəd İnsan Alveri ilə dövlətimizin yeritdiyi siyasətə, gördüyü işlərə ictimai dəstək göstərmək, region gənclərinin internet üzərindən insan alveri qurbanına çevrilməsinin qarşısını almaqdır, həmçinin insan alverinə qarşı mübarizə və insan alveri qurbanlarının müdafiəsi üzrə fəaliyyətin daha səmərəli aparılması istiqamətində imkanların artırılmasıdır.
Tədbir iştirakçıları çıxış edərək insan alveri ilə mübarizə mövzusu ilə bağlı fikirlərini bölüşüb və cəmiyyətdə bu cür halların olmasını qəti şəkildə pisləyiblər, bu istiqamətdə maarifləndirici tədbirlərin və bu cür layihələrin həyata keçirilməsinə ehtiyac duyulduğunu bildiriblər. Cari layihənin davamlılığı üçün tədbir iştirakçıları bir sıra təkliflərlə çıxış ediblər.
Tədbirin sonunda xatirə şəkilləri çəkilib.
Məlumat üçün qey edək ki, Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin həyata keçirdiyi “İnsan alverinin qurbanı olma!” devizi altında maarifləndirici tədbirlərin təşkili layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib.