Xəbər xətti

Moldova vətəndaşı Şəkidə ölüb

Azərbaycana turist kimi səfər edən 46 yaşlı Moldova vətəndaşı Şəkidə ölüb.APA-nın yerli bürosunun məlumatına görə, Moldovadan Şəki şəhərində yaşayan dostunun ziyarətə gələn, 1973-cü il təvəllüdlü Nikolay Şerbanın səhhəti dostunun evində qəfildən pisləşib.

Hadisə yerinə çağırılan Təcili Yardım Şöbəsinin əməkdaşları N. Şerbanı müayinə etdikdə, onun öldüyü müəyyən olunub.

Bir cavab yazın