FotoGündəmManşetSiyasətXəbər xətti

DMX yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib

Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın tam tərkibdə keçirilən ilk iclasında təşkilat məsələlərə baxılıb.Aktor.Az xəbər verir ki, ilk əvvəl Şuranın reqlamenti qəbul edilib və açıq səs vermə yolu ilə rəhbər vəzifələrə seçkilər keçirilib.

Şuranın üzvü, “Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov səsvermə yolu ilə DMX yanında İctimai Şuranın sədri, “Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyinin təsisçisi Kəmalə Məmmədova İctimai Şuranın sədr müavini və “Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi” İctimai Birliyinin vitse-prezidenti Kənan Bağırov katibi seçiliblər.

Müşahidəçi qismində tədbirdə iştirak edən Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Kəyan Hacıyev seçilmiş üzvləri təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb.

K. Hacıyev Azərbaycan Respublikasında ictimai iştirakçılığa və ictimai nəzarətə xüsusi önəm verildiyini qeyd edərək, Xidmətin vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığının qurumun fəaliyyətinə ictimai nəzarətə və şəffaflığın artırılmasına dəstək olduğunu bildirib. Xidmət nümayəndəsi ötən iki il ərzində İctimai Şura tərəfindən həyata keçirilən fəaliyyətin əhəmiyyətini yüksək qiymətləndirib və növbəti iki ildə Şuranın uğurlarının daha da artacağına ümid bəslədiyini bildirib.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov miqrasiya sahəsində dövlət siyasətinin, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində fəal iştirak edən İctimai Şura tərəfindən gələcəkdə görüləcək işlər, qarşıda duran vəzifələr barədə söhbət açıb.

İclasda xüsusilə bildirilib ki, Xidmətə müraciət edən əcnəbilərin məmnunluğunun təmin edilməsi, onlarla əlaqədar həyata keçirilən fəaliyyətlərdə operativlik və şəffaflıq prinsiplərinin daha mükəmməl şəkildə reallaşdırılması sahəsində öz töhfəsini verən İctimai Şura növbəti iki ildə fəaliyyət spektrinin bir qədər də genişləndirəcək. Miqrasiya proseslərinin aktual aspektləri ilə əlaqədar yeni layihələ və proqramların həyata keçirilməsi, bu sahədə çalışan qeyri-hökumət təşkilatlarının potensiallarının artırılması və gücləndirilməsi Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın qarşısında duran mühüm vəzifələrdir.

Tədbir iştirakçıları İctimai Şuranın yeni müstəvilərdə uğur qazanacağına əmin olduqlarını bildiriblər.

 

Bir cavab yazın