GündəmManşetSiyasətSosialXəbər xətti

Ağacların kəsilməsinə imkan verilməməlidir – Əli Əhmədov

Ağacların kəsilməsinə bir vətəndaş kimi münasibətim kifayət qədər kəskindir.Trend-in məlumatına görə, bunu Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – İcra katibi Əli Əhmədov jurnalistlərə deyib.

Ə.Əhmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələlə bu məsələ ilə əlaqədar açıq və kəskin mövqeyini ifadə edib.

O bildirib ki, Azərbaycan qanunvericiliyində ağacların qanunsuz kəsilməsinə görə inzibati və daha ağır tədbirlərin görülməsi nəzərdə tutulur: “Müvafiq qurumlar öz üzərlərinə düşən vəzifələri və öhdəlikləri layiqincə yerinə yetirməlidirlər ki, ağacların kəsilməsinə imkan verilməsin. Əlbəttə, Azərbaycanda iqtisadiyyat inkişaf etdikcə, yeni iş yerləri açıldıqca, müəssisələr işə salındıqca əlavə yerlər lazım olur. Amma təbii ki bunların heç biri ağacların kəsilməsi hesabına olmamalıdır. Çünki bu ağaclar hər bir vətəndaşın sağlam ekoloji mühitdə yaşaması üçün lazımdır. Hazırda geniş miqyasda ağaclar əkilir, yaşıllıq zolaqları salınır ki, havanın təmizliyi təmin edilsin”.

Bir cavab yazın