Video xəbərXəbər xətti

Vüsal Kərimlinin 141 qaynar xətti niyə donub? – FOTOFAKT

Müasir zamanda problemləri həll etmək üçün bir çox alternativlər var. Bunlara dövlət qurumlarının “Qaynar xətti”ni misal göstərmək olar. Belə ki, hansısa bir problemlə və ya qaranlıq qalan bir mövzu ilə suallara həmin “qaynar xətt”lər vasitəsilə cavab tapmaq və aradan qaldırmaq mümkündür.

Lakin onu da deyək ki, bəzən əhalinin bir hissəsi bəzi dövlət qurumlarının bu xidmətlərindən tam bəhrələnə bilmədiklərini deyirlər. Görəsən həqiqətən də bu sahədə mövcud problemlər var? Bu səbəbdən hansı dövlət qurumlarının “Qaynar xətt”i insana “soyuq xətt” təsiri bağışlayır, hansı isə adına layiq fəaliyyət göstərir”

Bəziləri hesab edir ki, bir çox dövlət qurumunun “qaynar xətt” xidməti aktiv fəaliyyət göstəmir, zənglər nəticəsiz qalır, qaldırılan problemlərə reaksiya verilmir.

XALQ.AZ-ın əməkdaşı  Bakı Nəqliyyat Agentliyinin 141 qaynar xəttinə   şikayətlə bağlı zəng edib . Lakin 34 dəqiqə gözlədikədn sonra heç bir cavab verilmədən dəstəyi asıblar. 141 qaynar xətt  lirik musiqi sədaları ilə növbədə olduğun sıranı  bildirsədə sonda cavab verən olmayıb. Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti haqqında yetərli qədər həm ictimayyətdə həmçinin KİV-də neqativ halların aradan qaldırlıması ilə bağlı mövzular var lakin göründüyü kimi Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimli bu məqamlara zaman ayıra bilmir.

Qurumun mətbuat xidməti ilə əlaqə saxlasaqada heç bir cavab ala bilmədik.

 

         

Bir cavab yazın