DiasporDünyaFotoGündəmManşetXəbər xətti

Avropa Birliyinin Gürcüstan üzrə nümayəndələri Aygül İsayeva ilə görüşüblər – FOTOLAR

2 İyul tarixində Avropa Birliyinin Gürcüstan üzrə Monitorinq Missiyasının nümayəndələri Elina Hyypolainen, Jurga Vilpisauskaite və Nino Mxeidze Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin İcraçı Direktoru Aygül İsayeva ilə görüşdülər.

Aktor.Az xəbər verir ki, Mərkəzin direktoru Aygül İsayeva qonaqlara mərkəz, mərkəzdə tədris olunan kurslar, keçirilən tədbirlər barədə ətraflı məlumat verdi. Həmçinin mərkəzdə planlaşdırılması nəzərdə tutulan gənclər üçün yay məktəbində Avropa Birliyinin Gürcüstan üzrə Monitorinq Missiyasının nümayəndələrinin qonaq qismində qatılması, gənclər üçün seminar təşkil etmək imkanları müzakirə edildi. Sonda qonaqlar mərkəz və mərkəzdəki şəraitlə də əyani tanış oldular.