FotoGündəmManşetXəbər xətti

General üçün özəl gün- VƏLİ NAĞIYEV 55 YAŞINI QEYD EDİR/ FOTOLAR

Bu gün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini general-leytenant Vəli Nağıyevin doğum günüdür.Gununsesi.org-un xəbərinə görə, Nağıyev Vəli Nağı oğlu 2 iyul 1964-cü ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan rayonunda (indiki Babək rayonu) anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) İbtidai hərbi hazırlıq və Bədən tərbiyəsi fakültəsini bitirmişdir.

1981-1993-cü illərdə müxtəlif sahələrdə çalışmışdır. 1993-2007-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmət keçmişdir.

MTN-də çalışdığı dönəm ərzində Vəli Nağıyev Prezident tərəfindən bir çox orden və medallarla təltif olunmuşdur. 

Xatırladaq ki, Vəli Nağıyev məşhur “Qara Kəmər” əməliyyatının əsas simalarından biri olub. 

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2015-ci il tarixli 1627 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəizfəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 16 mart 2016-cı il tarixli 1898 nömrəli Sərəncamı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri, 16 mart 2018-ci il tarixli 3789 nömrəli Sərəncamı ilə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir.

III dərəcəli “Vətənə xidmətə görə” ordeni və 13 medalla təltif edilmişdir.

Onu da qeyd edək ki, Vəli Nağıyev Azərbaycanın görkəmli ziyalılarından biri olmuş professor Həsən Mirzənin bacısı oğludur.

Vəli Nağlyev zamanda Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-leytenant Əli Nağıyevin də kiçik qardaşıdır.

Biz də hörmətli generalımızı təbrik edirik. Ona fəaliyyətində yeni-yenu uğurlar arzu edirik.