Rəşad Mahmudov 4 aylıq körpəni belə xilas etdi- Əməliyyatdan çəkiliş-VİDEO/FOTOLAR
Ürək-damar cərrahı, t.ü.e.d. Dr. Rəşad Mahmudovun rəhbərliyi altında 4 aylıq körpədə uğurlu əməliyyat icra olunub.
Xəstə Məhəmməd Qaçayev anadəngəlmə ürək qusuru ilə döğulub . XALQ.AZ -a verilən məlumata görə Məhəmmədin xəstəliyi TGA+VSD (böyük arteriaların transposiyası mədəcikarası çəpər defekti) diaqnozu qoyulmuşdur. 4 aylıq körpə sadəcə yaşamaq mübarizəsi aparırdı. Mərkəzi Gömrük Hospitalında ürək-damar cərrahı, t.ü.e.d. Dr. Rəşad Mahmudov 4 aylıq Məhəmmədi riskli əməliyyata alır və ağır keçən əməliyyatdan sonra körpənin bütün ürək qüsürları, defektləri aradan qaldırılır.Əməliyyatdan 10 gün sonra Məhəmməd sağlam evə buraxılır.
XALQ.AZ bildirir kI,ürək qüsurlu yenidoğulmuşların sağlamlığının qorunması istiqamətində dövlətimiz tərəfindən əsaslı tədbirlərin həyata keçirildiyini vurğulayan t.ü.e.d. Dr. Rəşad Mahmudov artıq körpələr üzərində də belə mürəkkəb ürək əməliyyatlarının aparılmasını ölkə səhiyyəsinin uğuru hesab etdiyini bildirib.