Əlillərlə bağlı təbliğat kampaniyası təşkil ediləcək
“İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyi “Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili” layihəsinin icrasına başlayıb.
Layihənin məqsədi əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına kömək etmək və uşaqların fiziki, əqli potensiallarının üzə çıxarılması məqsədilə məlumat və maarifləndirici xarakterli tədbirlərin həyata keçirilməsidir.
Layihə çərçivəsində 10 reportaj və 4 hüquqi marifləndirici rolikin hazırlanması nəzərdə tutulur.
Hazırlanan video materiallarda Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlara qayğının artırılması, Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası üçün informasiya mühitinin yaradılması, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqların KİV vasitəsilə cəmiyyətlə ünsiyyətinin qurulmasına nail olunması əsas götürüləcək.
Qeyd edək ki, layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili” üzrə sifarişi əsasında həyata keçirilir.