İvanişvili brifinq keçirdi – Etirazçıların tələbini qəbul etdi
Gürcü Arzusu Partiyasının Siyasi Şurasının iclası bitikdən sonra Partiyanın sədri Bidzina İvanişvili brifinq keçirib.24News.ge xəbər verir ki, İvanişvili Gürcüstanda 2020-ci ildə parlament seçkilərinin proporsional seçki sistemi üzrə keçiriləcəyini açıqlayıb:
“Qərara aldıq ki, ölkədə 2020-ci ildə parlament seçkiləri proporsional seçki sistemi ilə keçirilsin. Yaxşı olardı ki, bu sistemə keçid 2014-cü ildə olaydı, lakin olmadı. Xalqın tələbi çox önəmlidir, elə bun görə də biz bu qərarı verdik. Belə olan halda isə parlamentdə siyasi partiyalar daha çox iştirak edəcəklər”, – deyə B.İvanişvili açıqlamada bildirib.
Partiya sədri onuda qeyd edib ki, aksiya zamanı zorakılığa tərik edənlər və zorakı gücdən istifadə edən polisdə cəzalanmalıdır.
Qeyd edək ki, parlament seçkilərinin proporsional seçki sistemi ilə keçirilməsi etirazçıların tələblərindən biri olub. Digər iki tələb DİN rəhbəri Giorgi Qaxarianın istefası və həbsdə olan etirazçıların azadlığa buraxılması ilə bağlı açıqlama verilməyib.