GündəmSosialVideo xəbərXəbər xətti

SON DƏQİQƏ! Bakıda daha bir güclü yanğın – VİDEO

Bakının Nizami rayonunda Oktay Vəliyev 70 ünvanında Dövlət Yanğından Mühafizə Xidmətinin 18 saylı yanğından mühafizə hissəsinin yataqxanasında yanğın baş verib.“Qafqazinfo” xəbər verir ki, 3 mərtəbəli binanın birinci mərtəbəsində Fövqəladə Hallar Nazirliyinin təqaüddə olan və hazırda işləyən əməkdaşları, digər mərtəbələrində isə adi sakinlər yaşayır.

Yataqxananın 3-cü mərtəbəsində baş vermiş yanğın qısa qapanmadan yaranıb. Bir ev tamamilə yanıb.

Hazırda yanğın söndürülüb. Xəsarət alan yoxdur.