Prezident sumqayıtlıları təlif etdi – SƏRƏNCAM
Prezident İlham Əliyev dövlət qulluğunda çalışan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb. Təltif edilənlər arasında sumqayıtlılar da var.
Belə ki, dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əliyev Gündüz Aydın oğlu və Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin Peşəkar inkişaf və Milli Məclisin deputatlarının köməkçiləri ilə iş sektorunun baş məsləhətçisi, Dövlət qulluğunun baş müşaviriQasımov Ziya Əlfüqar oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər.
Sumqayıt şəhər İcra Hakimiyyətinin digər əməkdaşı Allahverdiyev İlqar Əmir oğlu isə “Tərəqqi” medalı ilə təltif edilib.