KriminalXəbər xətti

Bakıda gəlin qayınatasını öldürdü

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

APA xəbər verir ki, 12 iyun tarixində Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində 1958-ci il təvəllüdlü Səmədov Əfzələddin Əli oğlu kürək nahiyəsindən iki bıçaq xəsarətləri alaraq 1 saylı Xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, o, dünyasını dəyişib.

Ə.Səmədovun yaxınlarının verdiyi məlumata görə, guya Ə.Səmədov intihar məqsədilə özü özünü bıçaqlayıb. Ancaq Binəqədi rayon Prokurorluğunun apardığı istintaq araşdırmaları zamanı müəyyən olunub ki, Ə.Səmədov sərxoş vəziyyətdə gəlini ilə mübahisə edib. Daha sonra qadın onun kürəyinə iki bıçaq zərbəsi vurub.

Faktla bağlı cinayət işi başlanılıb.

Bir cavab yazın