Miqrasiya Könüllüləri “Qaçqınlarla birgə addımlayaq” layihəsinə qoşulublar – VİDEO
20 iyun – Ümumdünya Qaçqınlar Günü münasibətilə Miqrasiya könüllüləri Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin əməkdaşları ilə birgə “Qaçqınlarla birgə addımlayaq” layihəsi çərçivəsində ölkəmizdə məskunlaşmış bir qrup qaçqın ailələrinin üzvləri ilə görüşüb, topladıqları geyim və hədiyyələri onların övladlarına təqdim ediblər, çay süfrəsində söhbətləşib daha sonra şəhər gəzintisinə çıxıblar. Unudulmaz gün üçün ailə üzvləri Miqrasiya Könüllülərinə təşəkkürlərini bildiriblər.
Bu barədə bəhs edən video çarx Ümumdünya Qaçqınlar Günü münasibətilə Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbirdə təqdim olunub.