“Riyad”ın lisenziyası ləğv olunub? – AÇIQLAMA
“Riyad” Mühafizə Xidmətinin (RMX) baş idarə rəisi Etibar Qasımov Daxili İşlər Nazirliyinə müraciət edərək, qurumun adının dəyişdirilməsinə icazə istəyib.Bu barədə Trend-ə RMX-nin mətbuat katibi Fuad Mədətov bildirib.
O əlavə edib ki, Mühafizə Xidmətinin lisenziyasının ləğv olunması kimi məsələ yoxdur: “Lisenziya olduğu kimi qalıb, yalnız qurumun adı dəyişiləcək. Hazırda qurumun adı təsdiq olunmayıb. Yaxın günlərdə bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.
F.Mədətov onu da qeyd edib ki, şirkət fəaliyyətini uğurla davam etdirir.