KriminalXəbər xətti

Bakıda 80 minlik oğurluq – Seyf aparıldı

Bakıda evdən 80 minlik oğurluq edilib.Səbail rayon sakini Cahid Quluzadənin evindən seyf oğurlanıb. Seyfin içərisində 15 min manat, 15 min ABŞ dolları və 40 min manatlıq qızıl-zinət əşyaları olub. 

Cinayətin bir neçə şəxs tərəfindən törədildiyi ehtimal edilir. Dəstə üzvlərindən biri, 30 yaşlı Dəyanət Şirəliyev saxlanılıb. Digər şəxs və ya şəxslərin tutulması üçün əməliyyat tədbirləri davam etdirilir./Qafqazinfo