Gənclər fonduGündəmManşetSiyasətSosialTəhsilXəbər xətti

Gənclər Fondu Avropa Şurası ilə bağlı müsabiqənin nəticələrini elan edir

Avropa Şurasının 70 illik yubileyi ilə  əlaqədar olaraq Gənclər Fondunun həyata keçirdiyi 05 – 24 mart 2019 – cu il tarixli, “Gələcəyin Avropalısını təsəvvür edərkən” mövzulu inşa yazı müsabiqəsinin nəticələri elan edilir.

05 – 24 mart 2019-cu il tarixləri aralığında ümumilikdə 3 şəhər və  11 rayondan 14-18 yaş aralığında gənclərdən “Gələcəyin Avropalısını təsəvvür edərkən” adlı 63 inşa daxil olmuşdur. İnşaların baxılması üçün Azərbaycan Respublikası Xarici İşlər Naizirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Avropa Şurası və Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndələrindən ibarət münsiflər heyəti müəyyən edilmişdir. Ad soyad və şəhər (rayon) adları gizlədilməklə hər bir inşa Fond tərəfindən kodlaşdırılaraq münsiflər heyətinə göndərilmişdir. Qalibiyyətə layiq görülən 15 inşa yazısının arasından 3 inşanın seçilməsi məqsədi ilə 14 iyun 2019 – cu il tarixində münsiflər heyətindən ibarət toplantı keçirilmişdir. Toplantının nəticəsinə əsasən,

Cəbrayıl rayon Akad. M. Mehdizadə adına  tam orta məktəbin X sinif şagirdi Əsəd Zahir oğlu Vahid  1- ci yer

Tərtər rayon Mehman Qarayev adına tam orta məktəbin X sinif şagirdi Nazan Natiq qızı Fətixanova  2- ci yer

Bakı şəhəri 297 saylı tam orta məktəbin XI sinif şagirdi Aytəkin Zeynal qızı Zeynallı  3 – cü yerə layiq görülmüşdür.

Qeyd edək ki, mükafat olaraq İnşa müsabiqəsinin qalibi ( 1-ci yerə layiq görülən) 2019-cu ilin payızında Fransanın Strasburq şəhərində Avropa Şurasının 70 illik yubileyinə həsr ediləcək mərasimə dəvət olunaraq xüsusi diplomla təltif olunacaqdır. Qalibin səfər xərcləri (yol və yaşayış) Avropa Şurası tərəfindən qarşılanacaqdır. İkinci və üçüncü yerin qalibləri isə Gənclər Fondu tərəfindən mükafatlandırılacaqdır.