GündəmİqtisadiyyatManşetSiyasətSosialXəbər xətti

Azay Quliyev Prezidentə təşəkkür etdi

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev ölkə başçısının dünən imzaladığı maaşların artımı ilə bağlı sərəncamlarını yüksək qiymətləndirərək, Prezidentə təşəkkür edib.

Aktor.Az-ın məlumatına görə, A.Quliyev bildirib:

“Dövlət başçısı maaşları 40% artırmaqla yüzminlərlə vətəndaşın, o cümlədən Şura katibliyinin əməkdaşlarının yaşayış şəraitini və sosial vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırdı. Belə mühüm qərara görə Şuranın kollektivi adından cənab Prezidentə təşəkkür edirəm”.

 

Bir cavab yazın