“Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk”
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı: “Birinci-Vitse Prezident Mehriban xanım Əliyeva Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanımın dəfn xərclərini öz üzərinə götürüb və Həlimə xanımın cənazəsinin xüsusi reyslə Naxçıvan Muxtar Respublikasına yola salınmasına dair tapşırıq verib. BAXCP adından Birinci-Vitse Prezident Mehriban Əliyevaya xüsusi təşəkkürümüzü bildiririk! Onu da əlavə edim ki, Mehriban xanımın bu addımı xalq tərəfindən çox böyük rəğbətlə qarşılanıb.
BAXCP rəhbərliyi Naxçıvana -Həlimə xanımın yas mərasiminə qatılması üçün AZAL şirkətinə müraciət edib. AZAL-ın rəsmi ofisi SILK WAY- kassasından şəxsən özümə bildirdilər ki, iyun ayının 22-dək Naxçıvana uçuş mümkün deyil. Yalnız iyun ayının 22-dən sonra boş yerlərimiz var…”