FotoGündəmKriminalManşetXəbər xətti

Bakıda kütləvi oğurluq – Bir gecədə 12 maşın qarət olundu – FOTOLAR

Bakı şəhərində kütləvi oğurluq hadisəsi baş verib.Aktor.Az xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib. Şəfayət Mehdiyev küçəsində bir gecədə 12-yə yaxın maşının şüşəsini sındıran oğrular avtomobildəki qiymətli əşyaları götürərək hadisə yerindən qaçıblar.

Qarətçilər peşəkar olduğundan hadisədən heç kəs xəbər tutmayıb. Avtomobil sahibləri ancaq səhər tezdən maşınlarına yaxınlaşarkən hadisənin şahidi olublar.

Yasamal rayonunun müvafiq Polis Bölməsindən bildiriblib ki, faktla bağlı araşdırma aparılır.