ƏdəbiyyatFotoManşetXəbər xətti

Çingiz Abdullayev gənc yazarı məhkəməyə verir – FOTO

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev gənc yazar Elşad Baratı məhkəməyə verəcək.Bu barədə Abdullayev özü sosial şəbəkədə məlumat yayıb
Xalq yazıçısı ilə gənc yazar arasındakı davaya səbəb isə E.Baratın onunla bağlı sosial şəbəkədə paylaşdığı foto və status olub.
Belə ki, Barat avtomobil fotosu paylaşaraq iddia edib ki, Xalq yazıçısı AYB-yə gənc və kasıb yazıçı, şairlərə ayrılmış 800 min manatı mənimsəyərək özünə altıncı maşını alıb.
“Bu da Çingizin altıncı maşını. Nömrələrinə baxın hələ, əlində imkan var deyə, restoranı icarəyə verir, büdcəni dağıdır, Murad Köhnəqala isə kirayədə yaşayır, yüzlərlə gənc yazar qəpiyə bomba atır, mən özüm öz vəziyyətimi yazmıram, birdən Çingiz müəllim utanar”.
Ç.Abdullayev isə bu iddianı cavabsız qoymayıb.
Onun sözlərinə görə, sözügedən maşın altı il əvvəl alınıb:
“Vicdansız Elşad Barat! “Cip” maşınım altı il bundan əvvəl alınıb. Sənədlərim var. Ağ “Camry” isə şəxsən mənə aid deyil. Bu, dövlət nömrəsidir! Mən öz gəlirlərim haqqında arayış verə bilərəm. Sənin kimi istedadsızdan fərqli olaraq, mən bütün dünyada çap olunuram. Sənin icarə haqqında alçaqcasına dediyin yalanlara cavab olaraq bildirmək istəyirəm ki, altmış dörd yazar xəstəliyi ilə əlaqədər olaraq hər ay dərman üçün yardım alır. AYB-nin vəsaitindən uşaqlarının müalicəsi üçün sənə 500 manat ayırmışıq. Anar müəllim öz şəxsi vəsaitindən sənə yardım da edib. Mən sənin kimi böhtançını məhkəməyə verirəm”.

Bir cavab yazın