FotoGündəmManşetSiyasətXəbər xətti

Ermənilər generalımızın FOTOsunu paylaşdı: “İbrət olsun”

Erməni “facebook” istifadəçiləri ehtiyatda olan azərbaycanlı general-leytenant Yaşar Aydəmirovun fotosunu paylaşıb. General-leytenant Yaşar Aydəmirov fotoda Şəhid anasının əlini öpür.

Erməni “facebook” istifadəçisi Haykaz Gevorgyan fotonun “Azərbaycanlı general şəhid anasının hüzurunda. Təəssüf ki, bizdə belə deyil” başlığı ilə paylaşıb.

Qeyd edək ki, Yaşar Aydəmirovun sözügedən fotosu 1997-ci ildə xüsusi tapşırıqla Ermənistana göndərilən kəşfiyyat qrupunun noyabrın 1-də Azərbaycan Texniki Universitetində keçirilən anım tədbirində çəkilib. Şəhid kəşfiyyatçının anasına medal təqdim edən general-leytenant ehtiram əlaməti olaraq Ananın əlindən öpür və qarşısında baş əyir.