Pənah Hüseyn Qüdrət Həsənquliyevlə görüşdü
Keçmiş baş nazir, Xalq Partiyasının sədri Pənah Hüseyn, Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə, AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov və Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Azərbaycanda aparılan islahatların daha da dərinləşməsi üçün müxalifətin verə biləcəyi töhvəfələrlə bağlı BAXCP-nin mənzil qərargahında görüş keçiriblər.
Bu haqda məlumatı BAXCP sədrinin müavini Niayməddin Orduxanlı Aktor.Az saytına deyib. Onun sözlərinə görə, görüşdə qarşı tərəfdən BAXCP sədri Qüdrət Həsənquliyev, partiyanın baş katibi Yaşar Kələntərli, partiyanın Ali Məclis sədri Vaqif Abışov və partiya sədrinin müavinləri Elçin Mirzəbəyli və Niyaməddin Orduxanlı iştirak ediblər.