AvtoKriminalXəbər xətti

17 yaşlı piyadanı maşın vurdu

Göyçay rayonunda yol qəzası baş verib.Hadisə rayon ərazisində baş verib. Göyçay şəhəri, Axundov küçəsi 12 saylı evdə yaşayan, 2000-ci il təvəllüdlü Əhmədov Şahkərəm Samir oğlu yolu keçərkən naməlum avtomobillə vurulub.

Yaralı bədənin müxtəlif yerlərinin sınığı ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırmalar aparılır.