E-vətəndaş proqramının növbəti təqdimatı Qəbələdə keçirilib – FOTO
Qəbələ şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının SƏLİS-Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin e-vətəndaş proqramının təqdimatı keçirilib.
Qəbələ Regional Qeyri-hökümət Təşkilatlarının Təlim və Resurs Mərkəzinin direktoru Səbuhi Nəbiyev bildirib ki, Şura QHT layihələrinin qiymətləndirilməsinə bütün ictimaiyyəti dəvət edərək yeni və unikal xidmətin tətbiqinə başlayıb.
Toplantıda Şuraya təqdim olunmuş layihələrlə tanış olmaq və onları qiymətləndirmək qaydaları əyani şəkildə tədbir iştirakçılarına nümayiş etdirilib.