QHT Davamlı İnkişaf Məqsədlərinin təbliği tədbirlərini həyata keçirir
“Dostluq” gənclərin əlaqələndirmə mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Davamlı İnkişaf Məqsədlərinin təbliği istiqamətində tədbirlərin təşkili” layihəsinin icrasına başlayıb.
Təşkilatın rəhbəri Cavidan Ağazadə Aktor.Az-a qeyd edib ki, Davamlı və inkluziv inkişaf strategiyasını müəyyən edərkən hər bir ölkə öz maddi və mənəvi resurslarını qiymətləndirməkdə, davamlı inkişaf hədəflərini ayrı ayrılıqda təhlil etməkdədirlər. Bu prosesə dəstək cəmiyyətimizin daha dayanıqlı və möhkəm inkişaf yoluna daxil olmasında mühüm bir mərhələni xarakterizə edir. Vətəndaş cəmiyyəti təmsilçisi olaraq ölkəmizin inkluziv inkişafına töhfəmizin olması ictimai məsuliyyətimizin ifadəsi və problemin cəmiyyətimiz üçün nə qədər aktual olduğunu göstərir. DİM-lərin icrası Hökumətlərdən bu 17 məqsədi qəbul etmək və onlara nail olmaq üçün milli çərçivələr yaratmaq gözlənilir. Bu isə özlüyündə problemin cəmiyyətimiz üçün aktuallığını artırır. Bununla yanaşı vətəndaş cəmiyyəti olaraq dövlətin bu sahədə olan fəaliyyətinə dəstək olaraq və töhfə vermək cəmiyyətin gözləntisidir.
Layihənin əsas məqsədi DİM-nin həyata keçməsində vətəndaş cəmiyyəti institutlarının prosesdə iştirakını təmin etmək, 17 məqsəd naminə həyata keçiriləcək fəaliyyətə töhfə verməkdir. Bu məqsədlərin cəmiyyətdə ifadəsi və onların həyata keçməsi üçün ictimai fikrin formalaşması, cəmiyyətin hər təbəqəsini təmsil edənlərin prosesə cəlb edilməsi baxımından önəmlidir. Təşkilatın sədri bildirib ki, QHT olaraq 17 məqsəd üçün 17 təlimin keçirilməsi əsas məqsədimiz olsada, 17 “İctimai Səfir”in hazırlanması layihənin məqsədini əks etdirir.
Cavidan Ağazadə daha sonra layihədən əldə olunacaq nəticələrdən danışaraq bildirib ki, bu layihəni həyata keçirməklə təşkilat olaraq Azərbaycan hökumətinin DİM-2030-la bağlı həyata keçirdiyi fəaliyyətə dəstək veriləcək, 17 təlimin nəticəsində yeni gənc kadrların hazırlığına töhfə veriləcək, ilk dəfə ölkədə BMT qlobal məqsədlərinə dəstək olaraq 17 “İctimai Səfir” seçiləcək və BMT İnkişaf Proqramına təqdim ediləcək.
Məlumat üçün qeyd edək ki, “Davamlı İnkişaf Məqsədlərinin təbliği istiqamətində tədbirlərin təşkili” layihəsi 3 ay müddətində ( may -iyul) Bakı şəhərində həyata keçiriləcək.