SiyasətXəbər xətti

Azərbaycan bütün təhlükəsizlik tədbirlərini görüb – DEPUTAT

Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ərəfəsində və oyun zamanı azarkeşlər arasında qarşıdurmalar yaranması onların çılğınlığından irəli gəlir.Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Millət vəkili bildirib ki, bu cür tədbirlərdə belə halların olması təbiidir: “Bu, istər-istəməz olmalıdır. Çünki futbol çempionatlarında bu cür hallar həmişə olub. Azarkeş çılğınlığı, qarşıdurması ingilis futboluna xas olan bir haldır. Bundan təəccüblənməyə dəyməz. İngiltərədə belə mötəbər tədbirlər keçiriləndə həmişə qarşıdurmalar olub. Oyun zamanı azarkeş çılğınlığı, müəyyən meyillərə uymalar, xoşagəlməz hallar var. Bu, idmandır və idmanda da mübarizə olmalıdır. Bu faktların şişirdilməsinin tərəfdarı deyiləm. İngilislər nəinki Azərbaycanda, eləcə də bütün dünyada keçirilən bu cür mötəbər tədbirlərdə belə xırda qarşıdurmalar yaradırlar. Bu, o demək deyil ki, həmin ölkələrdə təhlükəsizlik tədbirləri görülməyib”.

T.Rzayev bildirib ki, Azərbaycan möhtəşəm idman turnirinin baş tutması üçün lazım olan bütün təhlükəsizlik tədbirlərini görüb:

“Azərbaycan, hətta bu cür xırda qarşıdurmalarda da öz humanistliyini, qonaqpərvərliyini nümayiş etdirib, ölkəmizə turist kimi gələn azarkeşlərlə mehriban davranmaqla qarşıdurmanın qarşısını alıb. Azərbaycanın hüquq-mühafizə orqanları həmin azarkelərə qarşı cəza tədbiri görməməklə onlara qonaqpərvərliyimizi nümayiş etdirir. Xalqımızın nə qədər qonaqpərvər olması bütün dünyaya məlumdur. Təhlükəsizliyi təmin edən hüquq-mühafizə orqanlarının əməkdaşları bu tədbirdə baş verəcək hər hansısa bir qarşıdurma zamanı cəza tətbiq etməməklə, yalnız onları maarifləndirməklə mübahisəni sakitləşdirməyə qadirdir”.

Bir cavab yazın