Aktor TvDünyaManşetSağlıqSosialVideo xəbərXəbər xətti

Rusiyada pələng qadını parçaladı – VIDEO

Rusiyanın Kalininqrad vilayətindəki heyvanxanaların birində pələng onu yemləyən işçini parçalayıb.

Aktor.Az bu ölkənin mediasına istinadən xəbər verir ki, Tayfun adlı pələng ona yemək gətirən qadın işçini ağır yaralayıb. Qadını heyvanxanaya gələn ziyarətçilər xilas ediblər. Hay-küydən qorxan pələng qadını buraxıb.
Ağır yaralanan qadın xəstəxanaya çatdırılıb.

Həkimlər bildirib ki, qadının vəziyyəti ağır olaraq qalır.