DünyaGündəmManşetSiyasətXəbər xətti

Tbilisi məhkəməsi Saakaşvili barəsində yeni qərar çıxardı

Tbilisi şəhər məhkəməsi sabiq prezident Mixeil Saakaşvili, sabiq baş nazir Vano Merabişvili və Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı Erekle Koduanın, həmçinin Daxili İşlər Nazirliyi və Maliyyə Nazirliyinin sabiq deputat Valeriy Gelaşviliyə 215 min lari (77 min dollar) təzminat  ödəməsi ilə bağlı qərar çıxarıb.

Aktor.Az xəbər verir ki, bu barədə zərərçəkənin vəkili Kaxa Kocoridze bildirib.

“2005-ci ildə döyüldüyü zaman Valeriy Gelaşviliyə maddi ziyan da vurulub. Onun üzərində 10 min dollar olub. Döyüləndən sonra o pul, həmçinin brilyant üzüyü yoxa çıxdı. Bundan əlavə biz onun döyülməsi nəticəsində sağlamlığına vurulan ziyana görə də təzminat tələb etmişik”,- deyə K. Kocoridze əlavə edib.

Qeyd edək ki, Valeriy Gelaşvili 2005-ci ilin iyununda döyülüb. O, döyülməsinə görə keçmiş prezident Mixeil Saakaşvilini ittiham edib.

Bir cavab yazın