Molla Güraninin İstanbul Fatehi Sultan Mehmetə iftar sitəmi, 28 may və reneqat şəbəkə – Ruslan Bəşirlinin yazısı
İslamofobların daim ortaya atdığı “İslamda söz, fikir azadlığı yoxdur” yalanını puç edən xeyli sayda dəlil var. Bunlardan biri, məsələn Molla Güraninin İstanbul Fatehi Sultan Mehmeti tənqid etməsidir. Ramazan ayının içində olduğumuz üçün də bunu qeyd etməyimiz münasib olardı.
Molla Gürani Fateh Sultan Mehmetin müəllimi və Osmanlı dövlətinin 3-cü Şeyxülislamı olub. Böyük İslam alimi İbn Həcər əl – Əskalaninin tələbəsi olan Mollla Gürani tarixçilər tərəfindən cəsur, hər zaman haqqı müdafiə edən bir şəxsiyyət olaraq xarakterizə edilib.
İstanbulun fəthinin ilk ilində hocalarına və dövlət rəsmilərinə iftar verən Fateh Sultan Mehmet süfrəyə Bizans sarayından qənimət olaraq ələ keçirilən qızıl sinilər, qaşıqlar, nimçələr düzdürür.
İftar vaxtı gəlincə hər kəs ilk olaraq Molla Güraninin əlini süfrəyə uzatmasını gözləyir. Molla Gürani isə orucunu açmır. İftarın gecikdiyini görən gənc padişah, “buyurunuz iftar ediniz hocam, narahat olmayın süfrəmizdə haram tikə yoxdur” deyincə, Molla Gürani sərt şəkildə Fateh Mehmeti tənqid edərək, tarixi çıxışını edir:
“Ümmətə haram olan, Mehmetə nə zamandan halal oldu? Nədir bu özünü göstərmək marağı? Sən kimə bənzəməyə çalışırsan? Bizans imperatorlarına bənzəməyə çalışırsansa bil ki, onları özünü göstərmə marağı məhv etdi.”
Bu tənqiddən qızaran Fateh dərhal qızıl qabların süfrədən götürülməsini əmr etmiş və bundan sonar iftar açılmışdı.
İslam tarixində söz və fikir azadlığını təsdiq edəcək 100-lə belə fakt var.
***
İslam dininə , ümumilikdə bu ölkənin bütün dəyərlərinə saldırmanı özünün “vəzifə borcu” bilən Xədicə İsmayıl və onun reneqat şəbəkəsi növbəti dəfə Ramil Səfərova hücum etdilər. Ramil Səfərovla da yetmədilər Milli Qəhrəman Mübariz İbrahimova dil uzatdılar.
Hələ ötən ilin dekabr ayının 17-də Avropa.info-nun özəl mənbələrdən aldığı məlumat əsasında yaydığı “Xədicəyə 500 min avro! – Qərb göndərib, müxalifət liderləri qıcıqlanıb…” yazısında bu şəbəkə üzərindən Azərbaycanda həyata keçirilməyə çalışılan proyektləri ifşa etmişdik. Məlumatda qeyd olunurdu ki, Xədicə İsmayıl Qərb təşkilatlarından 500 min avro qrant alıb. İri məbləğdə qrant Xədicə İsmayıla müxtəlif kanallarla, kiçik partiyalarla çatdırılıb. Çünki vergi orqanları ilə məhkəmə mübahisəsinə görə X.İsmayılovanın bank hesabları bağlıdır və nəticədə o, qrant pullarını birbaşa ala bilmir. Qrantın verilməsində məqsəd milli, dini qruplar, seksual azlıqlar, gənclər, habelə tələbələr arasında sosioloji araşdırmalar aparmaqdır. Bu araşdırmanın nəticələrindən isə həmin sosial qruplar arasında təşkilatlanma işlərinin aparılması üçün istifadə edilməsi nəzərdə tutulub. Yəni qrant uzunmüddətli planda ölkədə müxtəlif sosial qruplar arasından və dini icmalardan narazıları aşkar edib səfərbər etmək məqsədinə hesablanıb.
Haqqında yazılanlara adətən reaksiya verməməyə çalışan Xədicə İsmayıl avropa.info-da dərc olunan sözügedən yazıdan sonra, tələm-tələsik açıqlama yayaraq hökumətin onu həbs etmək istədiyini bildirmişdi. 17 dekabrdan düz 6 aydan çox vaxt keçib, amma Xədicəni həbs filan edən olmayıb. Xədicə isə gah Bakıda feministlərin kiçik aksiyasını təşkil edir, gah seksual azlıqlarının müdafiəçisinə çevrilir, gah onu tanıyanlara təccüblü görünsə belə “millətçi” masqasına bürünür, gah da erməni hərbçini öldürdüyü üçün, Ramil Səfərova hücum çəkir. Hər şey 500 min avroluq qrantın ətrafında cərəyan edir.
Müasir dünyada ölkələri artıq topla, tankla işğal etmirlər, həmin ölkələrin dəyərlərini, mədəniyyətlərini, insanlarının düşüncələrini, baxışlarını, əxlaqını dəyşirlər və beləcə … işğal “tamam” olur.
***
28 may tarixi. Məhəmməd Əmin Rəsulzadə və dava arkadaşlarının müstəqil Azərbaycan dövləti (AXC) qurmasından 101 il ötür. Məhəmməd Əmin Rəsulzadə və dostları Azərbaycanın müstəqillliyini elan edən zaman ilk növbədə millətin dəyərlərini, mədəniyyətini, əxlaqını işğaldan qurtarmağa çalışırdılar. Rəsulzadənin qələmə aldığı əsərləri vərəqlədikdə bu tendensiyanı açıq şəkildə görmək mümkündür. Bayramınız mübarək olsun!
Salam və dua ilə
Ruslan Bəşirli