Lənkəranda #e-vətəndaş proqramının təqdimatı keçirilib
Bu gün Lənkəran Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının SƏLİS Xidmətə daxil olan e-vətəndaş proqramının təqdimatı keçirilib.
Aktor.Az xəbər verir ki, Şuranın Katibliyinin icraçı direktoru Fərasət Qurbanov çıxış edərək e-vətəndaş proqramı barədə ətraflı məlumat verib və vətəndaşları QHT layihələrininin qiymətləndirilməsi prosesində fəal iştiraka çağırıb.
Lənkəran şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Asif İmanlı və Lənkəran Dövlət Universitetinin tədris işləri üzrə prorektoru İdrak Əsgərov da çıxışlarında e-vətəndaş xidmətinin əhəmiyyətini vurğulayıblar.
Tədbirdə e-vətəndaş xidmətindən istifadə qaydalarıyla bağlı video təlimat nümayiş etdirilib.
#Vətəndaşrəyi #SƏLİS #QHTŞurası #SəlisXidmət