Jirinovski:“Biz Böyük Azərbaycanı qurmalıydıq” – VİDEO
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Dövlət Dumasında çıxışında ABŞ və İran arasında mümkün müharibənin detallarından danışıb.
Aktor.Az xəbər verir ki, bəzi məqamlara toxunan odioz siyasətçı münaqişə zamanı regionun üzləşəcəyi problemlərdən, ötən əsrin ortalarında SSRİ-nin buraxdığı səhvlərdən və Böyük Azərbaycanın yaradılmasının vacibliyindən danışıb:
“Müharibədən sonra ordumuz Şimali İranda dayanırdı. Stalin ordumuzu burada saxlamadı, amma saxlamaq və Azərbaycanı birləşdirmək lazım idi. Nəticədə Böyük Azərbaycan olardı. İranda azərbaycanlıların sayı çoxdur və onlar 12 milyon nəfərə (əslində isə İranda 40 milyona yaxın azərbaycanlı var – red.) qədərdirlər, burada isə 8 milyon nəfərdirlər (Azərbaycan Respublikasında əhalinin sayı 10 milyondur – red.) Bu gün 20 milyonluq Böyük Azərbaycan mövcud olardı”.