Bakıda 17 yaşlı gənc özünü öldürdü
Bakıda 17 yaşlı oğlan intihar edib.”Report”un xəbərinə görə, hadisə paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində qeydə alınıb.
Məlumata görə, 2000-ci il təvəllüdlü Çingiz Əhmədov özünü yaşadığı binadan ataraq intihar edib.
Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.