“Sevinc Osmanqızı söyüş söyənlərin geri çəkilməsini istəmir“ – Niyaməddin Orduxanlı
Bu adamlar maraqlı idilər ki, ələ alınmış bu şəxslər daha çox söyüş söysünlər və dövlətimizin əleyhinə kəskin çıxışlar etsinlər
“Avropada özlərini “siyasi mühacir” kimi təqdim edib, Azərbaycan dövlətinə qarşı ermənilərdən də betər düşmənçilik mövqeyi sərgiləyən ələ alınmış şəxslərin apardığı təbliğat ciddi nəticə əldə etmədiyinə görə ritorikalarını dəyişməyə başlayıblar”.
Bu açıqlamanı AzNews.az-a BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, bunlar çox yaxşı başa düşür ki, apardığı söyüş ritorikası cəmiyyət tərəfindən dəstəklənmir:
“Ona görə də öz nəticəsini vermədi. Həm də bu adamları bu işə Avropada olan güclü erməni diasporu və Azərbaycan dövlətinə qarşı təzyiq yolunu seçən bəlli güc mərkəzləri idarə edirdi. Açıq şəkildə bu adamların cəsusluq fəaliyyəti görünürdü. İndi bəzilərinin geri çəkilməsi və ya bunun heç bir effektinin olmadığını başa düşməsi Əli Kərimli və Sevinc Osmanqızı kimlərinin ciddi narahatçılığına gətirib çıxardır. Çünki bu adamlar da maraqlı idilər ki, ələ alınmış bu şəxslər daha çox söyüş söysünlər və dövlətimizin əleyhinə kəskin çıxışlar etsinlər. Brüsseldə Orduxanın keçirdiyi “tədbirdə” cəmi 3 nəfər iştirak edirdi. Çoxları başa düşür ki, səhv yolda olublar və onların apardığı üsul Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilmədi. Əli Kərimli və Sevinc hər gün bu adamları qorxudur ki, sizlər susmamalısınız, daha çox söyüş söyməlisiniz, izləyiçilərinizin sayını artırırmalısınız. Orduxanın Brüsseldə sərgilədiyi hərəkətlər birbaşa Azərbaycan xalqının və dövlətinin xarici ölkələrdə “qara obrazı”nın cızılmasına xidmət edir. Ancaq xalqımız çox yaxşı başa düşür ki, əslində, Orduxan və onun kimi tiplər Azərbaycan əleyhinə fəaliyyət göstərən bir sıra qrupların, güc mərkəzlərinin cəsus şəbəkəsinin üzvüdürlər. Yəni o qruplar məqsədli şəkildə hər zaman Azərbaycan dövlətinin nüfuzunun korlanmasında, mühüm beynəlxalq tədbirlərin keçirildiyi binaların qarşısında, Azərbaycan rəsmilərinin iştirak etdiyi tədbirlərdə bu tip adamlardan ölkəmizin əleyhinə istifadə edirlər. Bilirsiniz ki, Orduxan özü Niderlandda yaşadığını və bu ölkənin vətəndaşı olduğunu bildirir. Amma Brüsseldə Azərbaycanın Avropa İttifaqı ilə Assosiativ saziş imzalaması ərəfəsində Orduxanın orada peyda olması, Azərbaycan dövlətinin əleyhinə bu cür mədəniyyətsiz, əxlaqdan kənar hərəkət etməsi nifrətlə qarşılanır. O burada bir küçə uşağı kimi hərəkət etdi. Orduxanın apardığı bu kampaniya tərbiyəsi olmayan Orduxana yaraşan hərəkətdir. Çünki Orduxanın tərbiyəsi buna imkan vermir ki, o, özünü sivil qaydada aparsın. Məqsəd tamamilə başa müstəvidədir. Məqsəd Orduxanın timsalında bir sıra dövlətlərin rəhbərlərinin tədbirdə iştirak etdiyi bir məqamda “azərbaycanlı” adı Azərbaycan dövlətinin və xalqının əleyhinə istifadə olunan adamların görüntüsünü yaratmaqdır. Bu da Orduxan tipində öz təsdiqini tapdı.”

N.Orduxanlı qeyd etdi ki, xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə olduğu zaman bir dəfə də olsun ermənilərin Ermənistan dövlətinin maraqları əleyhinə çıxışının şahidi olmayıb.
“Siz görün ki, Orduxan nə qədər satılmış bir ünsürdür ki, yüzlərlə ölkənin başçısının təmsil olunduğu bir tədbirdə öz xalqının, dövlətinin, dövlət atributlarının əleyhinə danışır, onları təhqir edir. O, Azərbaycanın təəssübünü çəkən olsaydı, orada Paşinyandan uzun illərdir işğal altında saxladıqları torpaqlarımızın geri qaytarılmasını tələb etməliydi, amma erməni dəyirmanına su tökərək öz dövlətimizi hədəfə götürdü. Bu da təsadüfi deyil. O, aldığı təlimatlara əsasən, bu cür əxlaqdan kənar hərəkətlərə yol verdi. Orduxan erməni lobbisinin və Azərbaycanı istəməyən digər qüvvələrin tapşırığı və maliyyəsi hesabına ölkəmizə, xalqımıza qarşı belə nalayiq hərəkətlər etdi. O, bununla Azərbaycan xalqının və dövlətinin mənfi imicini yaratmağa nail olmaq istədi, lakin buna nail ola bilmədi. Çünki onun bu hərəkətlərinin mahiyyətinin nə olduğunu hər kəs bilir və hamı da ona nifrət edir” – deyə N.Orduxanlı vurğuladı