Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İB yeni layihə həyata keçirir
Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İnsan alverinin qurbanı olma!” devizi altında maarifləndirici tədbirlərin təşkili layihəsinin icrasına başlayıb. Layihə region gənclərinin insan alveri ilə bağlı maarifləndirilməsindən bəhs edir.
Təşkilatın sədri Mehriban Abdullayevanın qeyd edib ki, internet imkanlarının genişlənməsi insan alveri ilə məşğul olanların imkanlarını genişləndirib, iş elanları, eləcədə digər şirnikləşdirici təkliflərlə çıxış edən “işbazlar” bu yolla gəncləri asanlıqla tora sala, onları insan alveri qurbanına çevirə bilirlər. Bu baxımdan təşkilat olaraq Gəncə, Quba Qusar regionlarında gənclərlə fərdi söhbətlər aparılacaq, onlara internet üzərindən gələn iş təkliflərinin dolğun araşdırılması yönündə hüquqi yardım ediləcək, bu problemlə üzləşməməli üçün gənclərlə psixoloji söhbətlər aparılacaq, layihənin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə KİV-lərdə insan alveri ilə bağlı geniş maarifləndirici məlumatlar yayımlanacaq, bugün 1 milyondan artıq istifadəçisi olan facebook sosial şəbəkəsində bu yöndə qrup yaradılacaq.
Daha sonra təşkilatın sədri bildirib ki, layihənin həyata keçirilməsində məqsəd İnsan Alveri ilə dövlətimizin yeritdiyi siyasətə, gördüyü işlərə ictimai dəstək göstərmək, region gənclərinin internet üzərindən insan alveri qurbanına çevrilməsinin qarşısını almaqdır.
Məlumat üçün qeyd edək ki, “İnsan alverinin qurbanı olma!” devizi altında maarifləndirici tədbirlərin təşkili ayihəsi 4 ay müddətində ( may – avqust) Gəncə, Quba, Qusar regionlarında və eyni zamanda Bakı şəhərində həyata keçiriləcək.