Siyasət

Azay Quliyev seçicilərini qəbul edib – FOTOLAR

Bu gün Milli Məclisin deputatı Azay Quliyev Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının inzibati binasında seçicilərini qəbul edib.

Deputat secicilərin sosial, məşğulluq, əmək, mənzil və əmlak məsələləri ilə əlaqədar müraciət və şikayətlərini dinləyib, qaldırılan məsələlərin bəziləri yerindəcə öz həllini tapıb. Digər müraciətlərin həlli ilə bağlı isə müvafiq qərarlar qəbul edilib.
Qeyd edək ki, qəbulda Binəqədi rayon Məşğulluq İdarəsinin rəisi Anar Bağıyev, Əmək və Əhalinin Sosial Müdəfiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdir müavini Natiq Əliyev və Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi Rahil Şükürov iştirak ediblər.

Xatırladırıq ki, Azay Quliyevin rəsmi internet səhifəsində seçicilərin qəbulu üçün onlayn qeydiyyat sistemi (http://azayguliyev.az/qebul.php?cat=112&lang=az) fəaliyyət göstərir. 8 saylı Binəqədi birinci Seçki Dairəsinin seçiciləri elektron müraciət imkanından yararlanaraq deputatın qəbuluna yazıla bilərlər.