Şuranın Apelyasiya Komissiyası müraciətləri cavablandırıb – FOTO
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Apelyasiya Komissiyasının iclası keçirilib.
Aktor.Az xəbər verir ki, Şura üzvü Sahib Məmmədovun sədrliyi ilə keçirilən iclasda 2019-cu il birinci qrant müsabiqəsinin nəticələri ilə razılaşmayan 41 QHT-nin müraciətinə baxılıb. Geniş müzakirə şəraitində keçən iclasda komissiyaya təqdim olunmuş hər bir layihə yenidən nəzərdən keçirilib və onların hazırlanmasında yol verilmiş nöqsanlar QHT rəhbərlərinin diqqətinə çatdırılıb.
Şura ilk dəfə olaraq 2019-cu ildən etibarən sağlamlıq imkanları məhdud olan, regionlarda fəaliyyət göstərən və hər hansı üzrlü səbəbdən iclasa gələ bilməyən QHT nümayəndələrinə Apelyasiya Komissiyasının iclaslarında onlayn (video görüntülü) şəkildə iştirak etmək imkanı yaradıb. Xaricdə səfərdə olan (Türkiyə və İtalya) və regionlarda fəaliyyət göstərən (Zərdab və Lənkəran) 4 QHT-nin nümayəndəsi Komissiyayanın iclasına onlayn şəkildə qatılıb.
Apelyasiya Komissiyası müzakirələrdən sonra hər bir müraciəti fərdi qaydada araşdıraraq müvafiq qərarlar qəbul edib.