Soydaşlarımız etiraz aksiyası keçiriblər – FOTOLAR
Bu gün, 10 may tarixində Gürcüstanın Qardabani rayon sakinləri etiraz aksiyası keçiriblər.24News.ge xəbər portalına yerli sakinlərin verdiyi məlumata görə, sakinlər uzun zamandır yaşayış ərazilərinə yaxın yerləşən Spirt zavodunun iyindən əziyyət çəkirlər.
Yerli əhali dəfələrlə məsələ ilə bağlı aydiyatı qurumlara müraciət etsələrdə hec bir tədbir görülmədiyi deyilir.
Sakinlər bu gün etiraz aksiyası keçirməyi qərara alıblar. Şikayətlərinə baxlımadığı təqdirdə isə daha ciddi addımlar atacaqlarını bildiriblər.
Hadisə yerinə gələn rayon rəhbərliyinin nümayəndələri sözü gedən problemlə bağlı araşdırmaların aparılacağına və iyun ayının 1-nə dək lazımı tədbirlərin görüləcəyini bildiriblər.
Aksiyada sözlü mübahisələr olsada aksiya insdentsiz başa çatıb.