GündəmManşetSiyasətXəbər xətti

“Əli İnsanov bu yaşında təxribatçılığa başlayıb” – Deputat İlham Məmmədov

“Xatırladım ki, Əli İnsanov cənab prezident İlham Əliyevin imzaladığ əfv sərəncamı ilə azadlığıa çıxanda onun verdiyi sərsəm, qərəzli və hikkə dolu əsassız bəyanatlarına münasibətimi bildirmişdim.Hesab edirdim ki, bu şəxs cəmiyyətin ayrı-ayrı üzvünün, siyasi düşərgədəki hörmətli şəxslərin, nəhayət – vaxtı ilə üzvü olduğu Yeni Azərbaycan Partiyasının rəhbərliyinin, təmsilçilərinin açıqlamalarından bir nəticə çıxaracaq, yanlış yolda olduğunu dərk edəcək və özünü tənbeh edəcək.Anlaşılan odur ki, bu adam nəinki nəticə çıxarıb, hətta olan-qalan ağılını itirib.Ona görə də, korrupsiyaya bulaşmış, böyük Heydər Əliyev şəxsiyyətinə, siyasətinə dönük çıxmış bu xəstə ahıla cavab vermək məcburiyyətində qaldım”.

Bu sözləri Aktor.Az-a millət vəkili İlham Məmmədov keçmiş səhiyyə naziri Əli İnsanovun  “Amerikanın Səsi” radiosuna verdiyi müsahibəsinə münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, Əli İnsanov Azərbaycan əleyhinə olan qüvvələrin, xüsusilə də erməni lobbisinin əlində alətə çevrilib:

“Əli İnsanovun mediaya verdiyi son müsahibəsi ilə tanış oldum. Qənaətim odur ki, Əli İnsanov yaşının bu çağında Azərbaycan əleyhinə olan qüvvələrin, xüsusilə də erməni lobbisinin əlində sözün həqiqi mənasında alətə çevrilib. Onun söylədiyi fikirlər ermənilərin fikirləri ilə tamamilə üst-üstə düşür. Hətta mən deyərdim ki, Əli İnsanov belə halda ermənidən daha çox erməni olmağa iddialıdır.Onun fikirləri Ermənistanın keçmiş prezidentləri  Robert Köçəryanın və Serj Sarkisyanın fikirləri ilə eynidir.Misal üçün, Köçəryan və Sarkisyana məxsus ifadə var idi ki, azərbaycanlılar və ermənilər bir-birlərinə uyğun gəlmədiyi üçün bir yerdə yaşaya bilməzlər.İndi Əli İnsanov da eyni fikirləri söyləyir.Azərbaycan Ulu öndər Heydər Əliyevin prezident olduğu dövrdən Qərb təsisatları ilə əməkdaşlıq edir, dövlət quruculuğunda Avropa ilə sıx münasibətlər sərgiləyir. Bu siyasət bu gün də yüksələn xətt ilə davam edir. Təkcə ABŞ prezidentləri ilə cənab prezident İlham Əliyevin bir sıra görüşləri və müzakirələri buna olan subutlardan biridir. İnsanovun Avropa dəyərlərindən danışması isə ikrah hissi doğurur. O vaxtı ilə hakim komandada təmsil olunduğu vaxtda da nəinki ictimaiyyət arasında, həmkarları arasında da kinli bir intiqirant kimi mənfi imici ilə fərqlənib. Onun yaratmaq istədiyi birliyin bir adı ola bilər: riyakarlar və xəyanətkarlar təşkilatı. Yəqin ki, qruplaşmağa ümid etdiyi müxalifət də özünə hörmət edirsə, belə xəyanətkarı qəbul etməz”.

Millət vəkili Əli İnsanov barədə həmkarlarının bəyanatlarına da toxunub:

“Mediadan hörmətli həmkarlarımın fikrilərinə rast gəldim – tamamı ilə doğru buyururlar  ki, bu adam rəhbərlik etdiyi nazirliyi qəbilə üsulları ilə idarə edib. Onun destruktiv addımları səbəbindən onlarla, yüzlərlə peşəkar kadr işlərindən xaric olunublar.Nəticədə onun həbs edilməsi həmin şəxslər tərəfindən rəğbətlə qarşılandı, cənab prezidentə minnətdarlıq və məmnunluq ifadə olundu.Bəli, prezident İlham Əliyevin kadr siyasətinin üstünlüyü, fərqi ondadır ki, kimliyindən asılı olmayaraq dövlətə və xalqa xəyanət etmiş, korrupsiyaya qurşanmış məmurları komandadan uzaqlaşdırır. Mən də o fikirlə razılaşıram ki, İnsanov Azərbaycan Prezidenti İlham Əliyevin onun ağır cinayətlərini bağışlayaraq əfv etməsini heç digər adi cinayət törətmiş şəxslər qədər də adekvat dəyərləndirmək qabiliyyətini nümayiş etdirə bilmədi. İnsanovun fikirlərinin mahiyyəti Heydər Əliyev siyasətinə böyük xəyanətdir”.

İlham Məmmədov keçmiş nazirə məsləhətlər də verib:

“Bu gün Əli İnsanov öz nəvələrini başına toplayıb, keçdiyi həyat yolundan və buraxdığı səhvlərdən danışmalı idi.O, öz nəvələrinə söyləməli idi ki, həyatda heç zaman yaxşılığı unutmayın, yaxşılığa yaxşılıqla cavab verin və sairə. Amma biz bunun əksinin şahidiyik. Əli İnsanov bu yaşında təxribatçılığa başlayıb. O, Azərbaycandakı konstitusion quruluşu devirmək istəyir, partiya yaradıb Azərbaycanda itaətsizlik yaratmaq və vətəndaş həmrəyliyini pozmaq istəyir. Əli İnsanov Azərbaycanda mövcud olan sabit və təhlükəsiz cəmiyyəti dağıtmaq, Azərbaycanda qarşıdurma yaratmaq istəyir. Bütün bunlar qəbuledilməzdir. Mən Əli İnsanova müraciət edirəm ki, bu əməllərindən əl çəksin, ilk növbədə xalqın qəzəbindən qorxsun. Çünki xalqın qəzəbi çox pis olur. Azərbaycan xalqı ölkədəki sabitliyi, təhlükəsizliyi, inkişafı yüksək qiymətləndir. İnsanlar ölkədə qarşıdurma yaradaraq inkişafa, əmin-amanlığa əngəl törətməyə çalışanları lənətləyir və onlara xalq-iqtidar birliyi ilə cavab verir”.

 

 

 

 

Bir cavab yazın