DünyaİdmanManşetXəbər xətti

Şərif Şərifov Kaspiyskdə də çempion oldu – FOTO

Dağıstanın Kaspiysk şəhərində keçirilən Əli Əliyevin xatirə turniri başa çatıb.Azərbaycan Güləş Federasiyasının yaydığı məlumata görə, yarışın son günündə daha iki güləşçimiz fəxri kürsüyə qalxıb. Finaladək Xox Xuqayev (Rusiya), Ömərhacı Məhəmmədov (Belarus), Tajudin Muxtarov (Rusiya) və Batırbek Tsakulova (Rusiya) qalib gələn Şərif Şərifov (92 kq) son görüşdə də sevinən tərəf olub. Həlledici qarşılaşmada Rusiyanın daha bir təmsilçisi Əlixan Cəbrayılovu 7:4 hesabıyla məğlub edən dünya, olimpiya və Avropa çempionumuz Dağıstanda himnimizi səsləndirib.

Gitinoməhəmməd Hacıyev (70 kq) də finaladək irəliləyib. O, növbəylə Anzor Zakuev, Ruslan Boqatıryov və Ramazan Ramazanovu (hamısı Rusiya) üstələyib. Son görüşdə yerli idmançı Razambek Camalova uduzan Hacıyev gümüş medalı boynundan asıb.

Xatırladaq ki, dünən Nurməhəmməd Hacıyev bürünc medal qazanıb. Beləliklə, yığmamız Memorialdan bir dəst medalla ayrılıb.

 

Bir cavab yazın