GündəmManşetSiyasətXəbər xətti

Bakıdan gürcü prezidentin “38-ci ilin xəritəsi” açıqlamsına cavab: “1:500000…”

Azərbaycan XİN sözçüsü ölkə prezidenti Salome Zurabişvilinin dövlət sərhədinə dair açıqlamasını şərh edib.

“Azərbaycan Gürcüstanla dövlət sərhədinin ən qısa zamanda delimitasiyasının tərəfdarıdır”.

Aktor.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

“Biz ümid edirik ki, bu proses çox qısa müddətdə yekunlaşacaq. Azərbaycan öz tərəfindən buna hazırdır. Azərbaycanla Gürcüstan arasında dövlət sərhədi beynəlxalq təcrübədə mövcud olan qaydalara əsaslanaraq, eləcə də qarşılıqlı əlaqələndirmə çərçivəsində ikitərəfli formatda həll olunur. Dövlət komissiyasının iclasları keçirilir. Bu günə kimi 11 iclas olub. Ümumiyyətlə, iki ölkə arasında 480 km sərhədin 314 km hissəsi dövlət komissiyaları çərçivəsində razılaşdırılıb. 166 km ərazi isə ekspertlər səviyyəsində araşdırılır”, – deyə o bildirib.

Gürcüstanla Azərbaycan arasında sərhədə dair 1938-ci il sənədi ilə bağlı Gürcüstan prezidenti Salome Zurabişvilinin açıqlamasını şərh edən XİN rəsmisi deyib ki, istinad olunan sənədlərdən biri 1938-ci ilə aid olan 1:500000 miqyasda olan, daha çox sxematik xarakterli xəritədir: “Bu xəritə Azərbaycan və Gürcüstan SSR tərəfindən qəbul olunmuş sənəddir. Daha sonra SSRİ 1942-cu ildə daha aydın görüntülü 1:100000 miqyaslı xəritələrin işlənib hazırlanması qərarını verib. Bundan başqa, 1963-cü ildə Gürcüstan SSR Ali Sovetinin də təsdiq etdiyi xəritə mövcuddur. İşçi qrupu səviyyəsində delimitasiya məsələsinə baxdılıqda bu xəritələrə istinad olunur. İndiyə kimi də bununla bağlı hansısa problem yaşanmayıb”.

Bir cavab yazın