Zühtü Arslan Əhməd bəy Ağaoğlundan sitat gətirdi
Türkiyə Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan Konstitusiya Məhkəməsinin 57-ci ildönümndə Prezident R.T.Ərdoğanın iştirak etdiyi toplantıda çıxış edərkən Hakimiyyətin bölgüsü prinsiplərindən danışarkən türk hüquq məktəbinin yaradıcılarından olan Əhməd bəy Ağaoğlunun elmi-nəzəri fikirlərindən sitat gətirmişdir.
Bu barədə Aktor.Az-a Türkiyə mətbuatına istinadən hüquqşünas Səməd Vəkilov məlumat verib. S.Vəkilov bildirib ki, türk dünyasının böyük şəxsiyyəti, Sarbon Universitetinin hüquq fakultəsinin məzunu, professor Əhməd bəy Ağaoğlu Türkiyyə Cümhuriyyətinin hüquq məktəbinin əsas yaradıcılarından biridir. O, Ankara hüquq məktəbinin yaradılmasında müstəsna rol oynamışdır.Həmçinin Əhməd bəy Ağaoğlu həmçinin Ankara hüquq məktəbində hüquq professoru kimi dərs demişdir.Həmçinin Əhməd bəy Ağaoğlu Türkiyə Cümhuriyyətinin ilk Konstitusiyasının qəbul edilməsində yaxından iştirak edib.