Okruaşvili azərbaycanlıları yenə təhqir etdi:”İbiomat” – FOTO
Keçmiş prezident Mixeil Saakaşvilinin dönəmində Gürcüstanın Müdafiə naziri postunda çalışmış İrakli Okruaşvili şəxsi facebook profilində növbəti dəfə Gürcüstan azərbaycanlılarına qarşı təhqiramiz ifadələr işlədib.24News.ge xəbər verir ki, İrakli Okruaşvili şəxsi facebook profilində, son günlər Azərbaycan Gürcüstan sərhəddində yerləşən «David Qareci» (Keşişdağ) monastır kompleksi ətrafında yaranmış müzakirələrə yenidən münasibət bildirib.
Yazdığı statusda bir neçə məsələyə toxunan İ. Okruaşvili eyni zamanda Azərbaycanlıları təhqir edərək qeyri etik ifadə işlədib. O, Gürcüstanın tamhüquqlu vətəndaşları olan etnik Azərbaycanlıları təhqir edərək gürcü dilini bilmədiklərini deyib. Həttda o, yazdığı sözlərin içində rus dilində qeyri etik ifadə də işlədib.
“10 nəfərdən doqquzunuz mənə rus dilində yazırsınsız. Əgər özünüzü Gürcüstanın tamhüquqlu vətəndaşı və Gürcüstanı özünüzə vətən hesab edirsinizsə, gedin gürcü dilini öyrənin, “İbiomat”…Artıq 21 ci əsirdir”.
Qeyd edək ki, Okruaşvili bundan öncədə Gürcüstanın etnik Azərbaycanlı vətəndaşlarına qaçqın ifadəsi işlədərək təhqirə yol vermişdir.