DiasporDünyaGündəmManşetSiyasətVideo xəbərXəbər xətti

Deputat Gürcüstan parlamentində “David Qareci”dən danışıb – VİDEO

“Son zamanlar “David Qareci” (Keşişdağ) monastırı ilə bağlı qaldırılan məsələlərlə münasibət bildirmək istəyirəm”.24News.ge xəbər verir ki, bu sözləri 30 aprel tarixində Parlamentdə Qardabanidən majoritar millət vəkili Savalan Mirzəyev söyləyib.

Onun sözlərinə görə, Azərbaycan Gürcüstan sərhəddində yerləşən “David Qareci” (Keşişdağ)  monastır kompleksi ətrafında yaranmış müzakirələrə münasibət bildirmək istəyirəm: “ Gürcüstan və Azərbaycan əsirlər boyu iki dost ölkə olaraq yaşayıblar və bu gələcək əsirlər boyu da belə davam edəcək, bunu heç-kəs dəyişə bilməz. Sözügedən məsələ şübhəsiz ki öz həllini tapacaq.Gürcü və Azərbaycan xalqları əsrlərdir ki, dostdurlar və bizim əsrlərdən gələn tariximiz var. “David Qareci” (Keşişdağ) baş vermiş hadisə, hansı ki bir neçə saat ərzində böyüdü, mən düşünürəm ki, iki tərəfli əməkdaşlıq və yaradılan komissiyaların çalışmaları nəticəsində bir dəfəlik problem öz həlli yolunu tapacaq”.

S.Mirzəyev ötən günlərdə sabiq müdafiə naziri İrakli Okruaşvili və Leyboritlər Partiyasının sədri Şalva Natelaşvilinin açıqlamalarına işarə edərək çıxışına belə davam edib:“İkinci bir məsələ isə, keçmiş və ya indiki siyastəçilərin açıqlamarı məsuliyyətsiz və vəziyyəti gərginləşdirən açıqlamalardır. Onların açıqlamaları tamamən absurd və real həyatı əks etdirən şeylərdi tam fərqlidir. Bir daha qeyd etmək istəyirəm ki, bəzi keçmiş və indiki siyasətçilərin açıqlamaları tamamən absurt və vəziyyəti çətinləşdirən açıqlamalardır.Bu məsələ ilə bağlı edilən hər bir açıqlama, hansı ki tamamən ağılasığmaz və yalandır tam əminliklə deyə bilərəm ki, antidövlət yönlü fəaliyyətdir.O tərz açıqlamalar problemin həlli yolunu tapmır, əksinə-vəziyyəti şiddətləndirir.Onlar məcburdurlar ki, bu cür açıqlamalardan şərhlərini çəkindirsinlər.Mən hər bir kəstən istər siyasətçi olsun, istər siravi vətandaş bu cür məsələlərə gərək fikir bildirməkdən çəkinə”.

 

Bir cavab yazın